Bolqarıstan MSK İliyana Yotovanı seçilmiş prezident elan etdi

 18:00 03.11.2026     67

Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunun rəsmi nəticələrini açıqlayaraq, İliyana Yotovanın prezident, Kiril Vılçevin isə ölkənin vitse-prezidenti seçildiyini elan edib.

Redaktor.az xəbər verir ki, Yotova və Vılçev seçicilərin 57,566 faizinin - 1 milyon 93 min 852-dən çox insanın səsini qazanıblar.

Andrey Qurov və Georgi Kandev isə 18 faizdən çox fərqlə geridə qalıblar. Onlara seçicilərin 39,483 faizi (750 251 nəfər) səs verib.

Seçkilərin ikinci turunda seçici fəallığı 28,67 faiz təşkil edib. Səsvermədə 1 milyon 902 min 933 seçici iştirak edib. Birinci turda isə bu göstərici 1 milyon 525 min nəfər olub.

Yotova və Vılçev 2027-ci il yanvarın 22-də beş il müddətinə Bolqarıstan prezidenti və vitse-prezidenti vəzifələrinin icrasına başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən