"İranla yeni müharibənin nəticələri fəlakətli olacaq"

 18:55 03.11.2026     71

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ABŞ və İranı gec olmadan daha çevik mövqe nümayiş etdirməyə, dialoq və diplomatiyaya şans verməyə çağırıb.

Redaktor.az xəbər verir ki, o, iki ölkə arasında mümkün yeni müharibənin nəticələri barədə xəbərdarlıq edib.

Sisi vurğulayıb ki, müharibənin yenidən başlaması region və dünya üçün humanitar və iqtisadi baxımdan fəlakətli nəticələrə səbəb ola bilər.

Misir Prezidenti həmçinin regionda təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulayaraq, ölkəsinin Səudiyyə Ərəbistanının və digər körfəz ölkələrinin təhlükəsizliyinə qarşı istənilən təhdidi rədd etdiyini vurğulayıb.

Əbdalfəttah əs-Sisi Misirin regionda gərginliyin azaldılması və böhranların dinc yolla həlli istiqamətində səylərini davam etdirəcəyini qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən