Lukaşenko Trampı BMT-nin baş katibi təyin etməyi təklif ETDİ
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın BMT-nin baş katibi vəzifəsinə gətirilməsini təklif edib. Onun fikrincə, Tramp təşkilatın fəaliyyətini canlandıra və çoxsaylı yeni təşəbbüslərlə çıxış edə bilər.
Redaktor.az xəbər verir ki, Belarus prezidentinin bu barədə açıqlamasının videogörüntüsünü dövlət başçısının mətbuat xidmətinə yaxın “Pul pervogo” Telegram kanalı yayıb.
“Axı mən trampçıyam. Seçkilərdə onu açıq şəkildə dəstəkləyirəm. Onu BMT-yə rəhbər təyin etmək lazımdır. O, oradakı durğunluğu tez bir zamanda aradan qaldırar. Bizə nə qədər yeni təşəbbüslər təqdim edər”, – deyə Lukaşenko Avrasiya təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransının kuluarlarında bildirib.
Xədicə BAXIŞLI













