Merts Putinin G20 sammitinə dəvəti ilə bağlı Trampa şərt QOYDU

 23:03 03.11.2026     66

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampa Rusiya Prezidenti Vladimir Putinin “Böyük iyirmilik” (G20) sammitinə dəvət olunması ilə bağlı şərt irəli sürüb. O bildirib ki, Putin sammitə qatılarsa, Ukrayna Prezidenti Volodimir Zelenski də görüşdə iştirak etməlidir.

Redaktor.az xəbər verir ki, Mertsin bu barədə çıxışının videogörüntüsü “YouTube” platformasında yayımlanıb.

“Əgər Prezident Tramp Rusiya liderini G20 sammitinə dəvət etmək qərarına gəlsə, Ukrayna məsələsini müzakirə etməli olacağıq. Ukraynadan danışırıqsa, Zelenski də orada iştirak etməlidir”, – deyə kansler bildirib.

Merts əlavə edib ki, Kiyev danışıqlar masasında təmsil olunursa, Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələrdə Avropa da iştirak etməlidir.

Xatırladaq ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov daha əvvəl Vladimir Putinin G20 sammitində şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı Moskvanın hələ qərar vermədiyini açıqlayıb.

G20 sammiti dekabrın 14-15-də Mayamidə keçiriləcək.

Qeyd edək ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da Putinin dekabrda keçiriləcək “Böyük iyirmilik” sammitində iştirakına qarşı çıxıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən