ABŞ-də aralıq seçkiləri BAŞLADI
ABŞ-də Konqresə keçirilən aralıq seçkilərdə səsvermə prosesinə start verilib. Artıq bir sıra ştatlarda seçki məntəqələri fəaliyyətə başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Seçki məntəqələri Nyu-York, Nyu-Cersi və Virciniya ştatlarında açılıb.
Vaşinqtonda səsvermə yerli vaxtla saat 07:00-da (Moskva vaxtı ilə 15:00) başlayıb. Səsvermənin ilk dəqiqələrində seçicilərin nəzərəçarpacaq sıxlığı müşahidə olunmayıb. Vətəndaşlar həm seçki məntəqələrinin daxilində, həm də poçt vasitəsilə səs vermək üçün nəzərdə tutulan xüsusi qutulara bülleten atmaqla səs verə bilərlər.
ABŞ paytaxtında səsvermə yerli vaxtla saat 20:00-dək (noyabrın 4-də Moskva vaxtı ilə saat 04:00) davam edəcək. Vaşinqton sakinləri Konqres üzvləri ilə yanaşı, yeni meri və yerli idarəetmə orqanlarının nümayəndələrini də seçirlər.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçkilər keçirilir. Bir sıra ekspertlər Respublikaçılar Partiyasının Konqresin bir və ya hər iki palatasında mövqelərini itirə biləcəyini proqnozlaşdırırlar. Belə bir nəticənin Prezident Donald Trampın siyasi imkanlarına ciddi təsir göstərə biləcəyi bildirilir.
Xədicə BAXIŞLI













