Demokratlar qalib gəlir - YENİLƏNİB

 11:19 04.11.2026     653

Demokratlar ABŞ Nümayəndələr Palatasında yerlərin çoxluğunu qazanırlar.

Redaktor.az CNN-in ilkin hesablamalarına istinadən xəbər verir ki, hazırda Demokratlar Partiyası artıq 226 yer (Nümayəndələr Palatasında cəmi 435 yer var, çoxluq üçün 218 yer lazımdır), respublikaçılar isə - 129 əldə edib.

Hazırkı vaxta qədər Demokratlar Partiyasının nümayəndələri həmçinin ABŞ Senatında da 53 yer (100 yerdən), respublikaçılar isə 42 yer əldə ediblər.

***

09:34

ABŞ-də Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə demokratlar 193, respublikaçılar isə 114 mandat əldə ediblər.

Redaktor.az “Associated Press"ə istinadla xəbər verir ki, Senatda demokratlar 52, respublikaçılar isə 40 mandata sahibdirlər.

Ştatlar üzrə qubernator seçkilərində isə demokratlar 24, respublikaçılar isə 13 yerə sahibdirlər.

***

08:44

ABŞ-də Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə demokratlar 142, respublikaçılar isə 81 mandat əldə ediblər.

Redaktor.az “Associated Press“ə istinadla xəbər verir ki, Senatda demokratlar 51, respublikaçılar isə 39 mandata sahibdirlər.

Ştatlar üzrə qubernator seçkilərində isə demokratlar 18, respublikaçılar isə 11 yerə sahibdirlər.

Vumart və Güvən reklamı Vumart Güvən