Daha bir ölkə Rusiya nefti və qazından imtina EDƏCƏK
Macarıstan Rusiya neftindən imtina etməyə və Avropa İttifaqının müəyyən etdiyi müddətə uyğun olaraq 2027-ci ilin payızınadək Rusiya qazının idxalını dayandırmağa hazırlaşır. Ölkə enerji təchizatında alternativ mənbələrə yönəlmək üçün artıq müvafiq addımlar atır.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban “Telex” nəşrinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Macarıstanın neft-qaz şirkəti MOL ölkənin yanacaqla təmin edilməsi üçün Xorvatiyanın JANAF operatoru vasitəsilə Rusiya mənşəli olmayan neftin idxalı imkanlarını araşdırır.
Anita Orban əlavə edib ki, Macarıstan rəhbərliyi Avropa İttifaqının Rusiya qazından mərhələli imtina ilə bağlı müəyyən etdiyi müddətə də əməl etmək niyyətindədir. Onun sözlərinə görə, bu proses 2027-ci ilin payızında başa çatmalıdır.
Nazir bildirib ki, Macarıstan neftin alternativ mənbələrini də axtarır. Belə ki, ABŞ-nin Rusiya şirkətləri “Lukoyl” və “Rosneft”dən neft alınmasına icazə verən sanksiya istisnasının müddəti noyabrın 21-də başa çatır.
Onun sözlərinə görə, Serbiya, Rusiya və Macarıstan tərəfləri hazırda “Qazprom”a məxsus olan Serbiyanın NIS neft şirkətindəki payın MOL tərəfindən satın alınmasında qətiyyətlidirlər.
NURİYYƏ













