Prezidentin telefon danışıqlarını dinləməkdə şübhəli bilinən şəxs qovuldu - Bu ÖLKƏDƏ
İndoneziya Prezidenti telefon danışıqlarının qanunsuz dinlənilməsi işi üzrə şübhəli bilinən administrasiya rəhbərini vəzifəsindən azad edib.
Redaktor.az xəbər verir ki, İndoneziya Prezidenti Prabovo Subianto telefon danışıqlarının qanunsuz dinlənilməsi ilə bağlı işdə şübhəli bilinən administrasiya rəhbəri Listyo Siqit Prabovonu vəzifəsindən azad edib.
Dövlət katibi Prasetyu Hadi bildirib ki, vəzifədən azad edilmə haqqında sərəncam artıq imzalanıb. Administrasiya rəhbərinin səlahiyyətlərinin müvəqqəti icrası general-leytenant Ario Vindutomoaya həvalə edilib.
İstintaqın versiyasına görə, iş üzrə şübhəlilər dövlət başçısının telefon danışıqlarını dinləməkdə, bu izləməyə dair elektron sübutları silməkdə və digər məxfi məlumatlara qanunsuz daxil olmaqda ittiham olunurlar.
Listyo Siqit Prabovo ilə yanaşı, polis idarəsinin hüquq şöbəsinin rəhbəri Axriye Sont və general-müfəttiş Eko Hadi Santosoya da ittiham irəli sürülüb. Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Prasetyu Hadinin sözlərinə görə, prezident baş verənlərdən ciddi narahatlığını ifadə edib. O, şübhəlilərin birbaşa prezidentə tabe olan qurumun nümayəndələri olmasının vəziyyəti daha da narahatedici etdiyini bildirib.
İndoneziyanın keçmiş daxili işlər naziri Məhəmməd Mahfud hadisəni ölkə polisinin tarixində ən böyük cinayət adlandırıb. Onun fikrincə, bu əməllərin məqsədi dövlət təhlükəsizliyini sarsıtmaq və qiyama hazırlıq ola bilər.
NURİYYƏ













