ABŞ tarixində ilk dəfə qaradərili qadın qubernator SEÇİLDİ
ABŞ-də Corciya ştatında keçirilən qubernator seçkilərində demokrat Keyşa Lens Botoms qalib gəlib. Bununla da o, ölkə tarixində qubernator seçilən ilk qaradərili qadın olub.
Redaktor.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.
Atlantanın keçmiş meri olan Botoms seçkilərdə milyarder respublikaçı Rik Ceksonu geridə qoyub. Cekson seçki kampaniyasına şəxsi vəsaitindən 200 milyon dollardan çox pul xərcləsə də, bu, onun qələbəsini təmin etməyib.
Qeyd edək ki, indiyədək ABŞ ştatlarında yalnız üç qaradərili siyasətçi qubernator seçilib və onların hamısı kişi olub. Botoms eyni zamanda 1998-ci ildən bəri Corciyada qubernator seçkilərində qalib gələn ilk demokratdır.
Qələbəsindən sonra tərəfdarları qarşısında çıxış edən Botoms onu dəstəkləyən və dəstəkləməyən bütün Corciya sakinlərinin qubernatoru olacağını bildirib.
O, hazırkı respublikaçı qubernator Brayan Kempin yerini tutacaq. Kemp üçüncü müddətə namizədliyini irəli sürə bilməzdi.
NURİYYƏ













