Zelenski Melaniya Trampı ordenlə təltif ETDİ

 13:15 04.11.2026     72

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin birinci xanımı Melaniya Trampı I dərəcəli Knyaginya Olqa ordeni ilə təltif edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında dərc olunan sərəncamda bildirilib.

Melaniya Tramp Ukraynaya humanitar dəstəyə verdiyi mühüm şəxsi töhfəyə, fəal hüquq müdafiəçiliyi və xeyriyyəçilik fəaliyyətinə, həmçinin Ukraynadan qanunsuz deportasiya edildiyi bildirilən uşaqların və ölkə vətəndaşlarının xilasına yönəlmiş təşəbbüslərinə görə mükafatlandırılıb.

Məlumata görə, Melaniya Trampın təşəbbüsü ilə Xerson vilayətinin Rusiya nəzarətində olan Oleşki şəhərindən əhalinin təxliyəsi üzrə humanitar missiya həyata keçirilib. Missiya çərçivəsində sakinlərə humanitar yardım göstərilib, şəhəri tərk etmək istəyənlərə isə Rusiya və ya Ukraynanın daha təhlükəsiz bölgələrinə köçmək imkanı təklif olunub.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən