Almaniyadan İkinci Dünya müharibəsi ilə bağlı diqqətçəkən açıqlama

 20:52 04.11.2026     144

Almaniyanın xarici işlər naziri İohann Vadeful İkinci Dünya müharibəsində nasizm üzərində qələbənin əldə olunmasında SSRİ-nin rolunu etiraf edib.

Redaktor.az xəbər verir ki, nazir bu fikirləri teleaparıcı Anna Villin “YouTube” platformasında yayımlanan podkastında səsləndirib.

“Biz almanlar kimik ki, özümüzü başqalarından üstün tutaq? Keçmişə heyranlıq, təvazökarlıq və minnətdarlıqla yanaşmalı deyilikmi? Bizi nasistlərdən kim azad edib? Bunu təkcə amerikalılar deyil, britaniyalılar, fransızlar və ruslar da ediblər”, – deyə Vadeful bildirib.

Söhbət zamanı nazir Avropanın azad edilməsində Sovet İttifaqının rolunu da xüsusi qeyd edib.

Xatırladaq ki, Vadeful daha əvvəl Rusiya ilə danışıqların davam etdirilməsini istisna etmədiyini bildirib və gələcəkdə konstruktiv dialoqun davam edəcəyinə ümid etdiyini vurğulayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən