Vens Respublikaçıların seçkilərdə məğlubiyyətinin səbəbini İranla müharibədə GÖRÜR
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlubiyyətinin səbəblərindən biri kimi İranla müharibəni göstərib. O, Prezident Donald Trampın da ötən gecə eyni fikri səsləndirdiyini vurğulayıb.
Redaktor.az xəbər verir ki, Vens bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Lakin hamıya məlumdur ki, biz niyə məğlub olduq. Bundan sonra nə etməli olduğumuz barədə hər hansı səmimi müzakirə məhz bu məsələdən başlamalıdır. Mən hələ də ölkəmizə ümid bəsləyirəm”, – deyə vitse-prezident qeyd edib.
Vens məğlubiyyətin digər səbəbləri arasında inflyasiyanın artmasını və İsraillə münasibətləri də sadalayıb.
Xatırladaq ki, 2026-cı il noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçkilər keçirilib. İlkin nəticələrə əsasən, Demokratlar Partiyası Konqresin hər iki palatasında nəzarəti ələ keçirir. “The New York Times” Senatda, “Associated Press” isə Nümayəndələr Palatasında demokratların çoxluq qazandığını açıqlayıb.
Məlumata görə, müxalifət Texas, Kanzas və Cənubi Karolina da daxil olmaqla, ənənəvi olaraq respublikaçıların üstünlük təşkil etdiyi ştatlarda da qələbə qazanıb.
Tramp səsvermənin nəticələrini qəbul etsə də, Respublikaçılar Partiyasının məğlubiyyətini öz üzərinə götürməkdən imtina edib və üzərində “VETO” yazısı olan papağın fotosunu paylaşıb.
Xədicə BAXIŞLI













