Vens 2028-ci il prezident seçkilərində iştirak etməyə bilər - Tramp
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməkdən imtina edə biləcəyini istisna etməyib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərlə söhbətində danışıb.
ABŞ lideri qarşıdakı prezident seçkilərində mümkün namizədlərin hələlik məlum olmadığını bildirib. Onun sözlərinə görə, namizədlərin sayı çox ola bilər. Tramp Vensin də seçkilərdə iştirak etməyə biləcəyini qeyd edib.
“Bəlkə də heç kim namizədliyini irəli sürməyəcək. Ola bilsin, o da iştirak etməsin”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl Konqresə keçirilən aralıq seçkilərin nəticələrini tanımağa və Demokratlar Partiyası ilə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb. Daha sonra isə demokratların ona qarşı impiçment prosesinə başlamağa çalışacağı təqdirdə bunun partiya üçün ağır nəticələrə səbəb olacağını deyib.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə daha əvvəl ABŞ-də keçirilən aralıq seçkilərin ölkənin daxili işi olduğunu bildirib. O, Kremlin seçkiləri bütün dünya kimi diqqətlə izlədiyini vurğulayıb.
Xədicə BAXIŞLI













