Samvel Karapetyan həbs edildi - Məhkəmədən QƏRAR
Ermənistanda “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yenidən həbs edilib. Məhkəmə onun barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.
Redaktor.az xəbər verir ki, bu barədə onun vəkili Armen Feroyan məlumat yayıb.
Noyabrın 4-də səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları 65 ünvanda axtarış aparıblar. Axtarış keçirilən ünvanlar arasında ev dustaqlığında olan Samvel Karapetyanın və onun qardaşı oğlu, “Güclü Ermənistan” parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evləri də olub.
Axtarışdan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Samvel Karapetyanı evindən aparıblar.
Daha sonra Ermənistan İstintaq Komitəsi açıqlama yayaraq Karapetyanın və onunla əlaqəli şəxslərin hərəkətləri nəticəsində “Ermənistan Elektrik Şəbəkələri” şirkətinə 64,5 milyard dram (təxminən 177 milyon dollar) məbləğində ziyan dəydiyini bəyan edib.
İstintaqın versiyasına görə, Karapetyan və onun göstərişləri ilə hərəkət edən şəxslər 2016-2024-cü illərdə özəl sektorda vəzifə səlahiyyətlərini aşmaqda, əmlakı mənimsəməkdə və xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda şübhəli bilinirlər.
Xatırladaq ki, Samvel Karapetyan 2025-ci ilin dekabrından ev dustaqlığında idi.
O, həmçinin hakimiyyət və ya vəzifə səlahiyyətlərindən, yaxud bunlardan irəli gələn nüfuzdan istifadə etməklə xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında ittiham olunur. Bu ittiham Ermənistan Cinayət Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinin 2-ci və 3-cü bəndlərinə













