“Ukrayna və Avropaya məsləhət vermək hüququ yoxdur” - Zelenski Maskı tənqid ETDİ

 10:31 05.11.2026     24

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı iş adamı İlon Maskın Ukrayna, Avropa və Rusiya ilə bağlı fikirlərini tənqid edib. O, Maskın Avropanın necə yaşamalı olduğu, Almaniyada kimin aparıcı rol oynamalı və Ukraynada kimin hakimiyyətdə olmalı olduğu barədə fikir bildirməsini yolverilməz hesab edib.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə Almaniyanın ZDF telekanalına müsahibəsində bildirib.

Ukrayna liderinin sözlərinə görə, Mask kimi nüfuzlu və varlı şəxslərin sosial şəbəkələrdə səsləndirdiyi fikirlər ciddi təsir gücünə malikdir. Lakin başqa ölkənin vətəndaşı olan Maskın Ukrayna və Avropanın siyasi məsələlərinə təsir göstərmək hüququ yoxdur.

Zelenski, həmçinin iş adamının Ukraynadakı müharibəyə münasibətindən narazı olduğunu bildirib. Onun sözlərinə görə, Mask rusiyalı hərbçilərə insani yanaşma sərgiləyir.

Ukrayna Prezidenti çox böyük hakimiyyətin bir varlı şəxsin əlində cəmləşməsini də təhlükəli hesab etdiyini vurğulayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən