Pikassonun oğurlanmış altı qravürası tapıldı - 7 nəfər SAXLANILDI

 12:47 05.11.2026     24

Fransada məşhur rəssam Pablo Pikassonun bir ay əvvəl oğurlanmış altı qravürası tapılıb. Hadisə ilə bağlı yeddi nəfər saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “20Minutes” nəşri məlumat yayıb.

Məlumata görə, jandarmlar oktyabrın 1-dən 2-nə keçən gecə Kann şəhəri yaxınlığındakı Mujen kəndində yerləşən “L'Amandier de Mougins” restoranından Pikassoya məxsus əsərləri oğurlayan şəxslərin axtarışını aparıblar.

Oğurluqda üç nəfərin iştirak etdiyi bildirilir. Belə ki, əlcək və kapüşon taxmış iki nəfər restorana daxil olaraq qravüraları götürüb, üçüncü şəxs isə onları avtomobildə gözləyib.

Əməliyyat zamanı yaşları 18-30 arasında dəyişən yeddi nəfər saxlanılıb. Onların mütəşəkkil cinayətkar qruplaşmaların üzvləri olduğu bildirilir. Oğurluq nəticəsində dəymiş ziyanın 100 min avrodan çox olduğu qiymətləndirilir.

Jandarmeriyadan bildirilib ki, oğurlanmış qravüralar heç bir zərər görmədən, ideal vəziyyətdə sahiblərinə qaytarılıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən