Eyfel qülləsi BAĞLANDI
Fransada həmkarlar ittifaqlarının elan etdiyi ümummilli tətillə ilə əlaqədar Eyfel qülləsi bağlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə qüllənin rəsmi saytında məlumat verilib.
“Ümumilli tətili ilə əlaqədar Eyfel qülləsi bu gün bağlıdır. Elektron biletləri olan ziyarətçilərdən elektron poçtlarını yoxlamaları xahiş olunur”, – deyə məlumatda bildirilib.
Fransanın daxili işlər naziri Loran Nunyes noyabrın 4-də ictimai asayişin qorunmasını təmin etmək üçün 70 min polis əməkdaşının cəlb ediləcəyini bildirib.
Fransada etirazlar sentyabr ayında yuxarı sinif şagirdlərinin tətili ilə başlayıb, oktyabrda isə küçə iğtişaşlarına çevrilib. Noyabr ayında həmkarlar ittifaqları ölkə üzrə 250-dən çox nümayiş keçirməyi planlaşdırır.













