Putinin fərmanına Yaponiyadan ETİRAZ

 21:24 06.11.2026     135

Rusiya Prezidenti Vladimir Putin Yaponiyanın "Japan Tobacco International" (JTI) tütün şirkətinin Rusiyadakı aktivlərini bu ölkənin "Sənaye aktivləri" səhmdar cəmiyyətinin müvəqqəti idarəçiliyinə verib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, Putin bununla bağlı müvafiq fərman imzalayıb.

Qeyd edək ki, JTI Rusiya bazarında "Winston", "Camel", "LD" və "Sobranie" kimi brendlərlə təmsil olunur.

Şirkətin Rusiyadakı dörd fabrikində 4 minə yaxın işçi çalışır.

Yaponiya Xarici İşlər Nazirliyi isə JTI-nin Rusiyadakı aktivlərinin müvəqqəti idarəçiliyə verilməsi ilə əlaqədar Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrevə etirazını bildirib.

Yaponiyanın maliyyə naziri Satsuki Katayama Tokionun Moskvanı bu qərarı ləğv etməyə çağırdığını vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən