Lenin rolunun ifaçısı, xalq artisti Yuri Kayurov vəfat ETDİ

 22:23 06.11.2026     137

Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) xalq artisti, ekran əsərlərində Vladimir Lenin obrazını canlandırması ilə tanınan Yuri Kayurov 99 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS sənətçinin yaxın çevrəsindəki mənbəyə istinadən məlumat yayıb.

Malı Teatrın baş rejissoru Aleksey Dubrovskinin sözlərinə görə, aktyor təbii səbəblərdən dünyasını dəyişib.

Sənətçinin ailəsi bildirib ki, onunla vida mərasimi noyabrın 10-da keçiriləcək. Həmin gün aktyor Troekurov qəbiristanlığında dəfn olunacaq. Vida mərasiminin dəqiq vaxtı və yeri hələ açıqlanmayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən