ABŞ-dən Ukraynaya yeni təhlükəsizlik yardımı müzakirə OLUNUR

 23:38 07.11.2026     83

ABŞ Konqresindəki demokratlar Ukraynaya təxminən 15 milyard dollar dəyərində yeni təhlükəsizlik yardımı paketinin ayrılmasını müzakirə edirlər.

Redaktor.az xəbər verir ki, bu barədə FT məlumat yayıb.

Bildirilib ki, bu məbləği ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çalışan demokratın adı açıqlanmayan köməkçisi bildirib.

Təşəbbüs hələ müzakirə mərhələsindədir. Qanun layihəsi təqdim edilməyib, onun müəllifləri açıqlanmayıb və səsvermənin tarixi müəyyənləşdirilməyib.

Vumart və Güvən reklamı Vumart Güvən