İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib

 14:11 08.11.2026     37

İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib.

Redaktor.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd, Həmid Kazımi və Rza Zəngənə barəsində çıxarılan ölüm hökmlərinin bu səhər icra edildiyini açıqlayıb.

Məhkəmə orqanlarının məlumatına görə, hökmlər Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılıb. Qurum edam olunan şəxslərin "İsrail, ABŞ və düşmən qrupların adından əməliyyat fəaliyyətlərində" iştirak etdiyini bildirib. Həmin şəxslərin əmlakının müsadirə edildiyi də qeyd olunub.

Eyni iş üzrə daha səkkiz nəfər 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum edilib. 

Vumart və Güvən reklamı Vumart Güvən