İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı şərt qoyub - Əraqçi

 22:09 08.11.2026     70

İranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ-a təqdim etdiyi iki günlük təklif qüvvədə qalır.

Redaktor.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində bildirib.

Nazirin sözlərinə görə, Vaşinqton Tehranın tələblərini, o cümlədən bütün cəbhələrdə müharibənin dayandırılması şərtini yerinə yetirərsə, bunun nəticəsini görəcək.

“Amerikalı seçicilər öz seçimlərini etdilər. İndi seçim etmək növbəsi Ağ Evindir. İki günlük təklifimiz qüvvədə qalır. Bütün cəbhələrdə müharibənin dayandırılması da daxil olmaqla, tələbləri yerinə yetirin və nəticəsini görün. Yaxud müharibəni seçin və döyüşlərdə təcrübə qazanmış, daim ayıq-sayıq olan döyüşçülərimizin sizə necə cəhənnəm yaşadacağını görün”, – Əraqçi yazıb.

Qeyd edək ki, noyabrın 1-də Əraqçi Hörmüz boğazının açılması üzrə iki günlük planla bağlı vasitəçilərlə məsləhətləşmələrin davam etdiyini, lakin hələlik yekun nəticənin əldə olunmadığını açıqlamışdı.

O, bundan əvvəl İranın danışıqlar zamanı boğazın açılması planının həyata keçirilməsi müddətini iki günə endirməyə razılaşdığını bildirmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən