Moskvada ticarət mərkəzində yanğın OLDU
Moskvada ticarət mərkəzində yanğın baş verib.
Redaktor.az xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Yanğın Bolşaya Çeremuşkinskaya küçəsində yerləşən “RIO Sevastopolski” ticarət mərkəzinin havalandırma şaxtasında başlayıb. Binadan 1500 nəfər təxliyə edilib.
Daha sonra yanğının söndürüldüyü bildirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.













