Trampdan qeyri-adi paylaşım: Həbib və Maxaçov jurnalistləri döydü

 23:13 08.11.2026     35

ABŞ Prezidenti Donald Tramp UFC rəhbəri Dana Uaytın Ağ Evdə mətbuat konfransı keçirməsini əks etdirən süni intellektlə hazırlanmış animasiya videosu paylaşıb.

Redaktor.az xəbər verir ki, Amerika lideri görüntüləri özünün “Truth Social” sosial şəbəkə hesabında yayımlayıb.

Videoda Dana Uayt jurnalistlərin suallarından sonra döyüşçülərə göstəriş verir. Onların arasında UFC ulduzları İslam Maxaçov və Həbib Nurməhəmmədov da yer alır. Animasiya çarxında döyüşçülər jurnalistlərə qarşı müxtəlif döyüş fəndləri tətbiq edirlər.

Brifinqin sonunda isə Tramp otağa daxil olduqda jurnalistlərin huşsuz vəziyyətdə yerdə uzandığı görünür. Uayt isə mətbuat konfransının “gərgin, lakin əsasən dinc” keçdiyini bildirir.

Qeyd edək ki, Tramp daha əvvəl Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdiyini açıqlamışdı. O, UFC rəhbərindən İslam Maxaçov və Həbib Nurməhəmmədov da daxil olmaqla köməkçilərini özü ilə gətirməsini istəmişdi. Lakin sonradan “The Washington Post” Ağ Evdəki mənbəsinə istinadən Trampın bu təklifi zarafat məqsədilə səsləndirdiyini yazmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən