Rusiya Odessaya hücum etdi, 3 nəfər öldü
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır.
Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülkiinfrastruktura zərbə endirib və nəticədə dağıntılar baş verib.
Hədəfə alınan logistik anbarın istifadədə olmadığı qeyd olunub.













