İzmirdə fabrikdə güclü partlayış: Ölənlər var
İzmirdə fabrikdə güclü partlayış baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb.
Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb.
İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var.













