İran ABŞ-yə iki gün vaxt VERDİ

 22:07 09.11.2026     92

İran ABŞ-yə iki gün ərzində danışıqlara qayıtmaq təklifi təqdim edib.

Redaktor.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tehran bunun üçün ABŞ-dan əvvəlcə hərbi əməliyyatları dayandırmağı, dəniz blokadasını aradan qaldırmağı və sanksiyaları ləğv etməyi tələb edir.

Axios-un məlumatına görə, Qətərin vasitəçiliyi ilə hazırlanan layihədə aşağıdakı addımlar nəzərdə tutulur:

Birinci gün: ABŞ İranın dəniz blokadasını aradan qaldırmalı və dondurulmuş vəsaitlərin bir hissəsini azad etməlidir. Bunun qarşılığında İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nüvə obyektlərinə müfəttiş göndərməsinə razılıq verməlidir.

İkinci gün: Hörmüz boğazı yenidən açılmalı, daha sonra nüvə proqramı ilə bağlı danışıqlar bərpa edilməlidir. 

Vumart və Güvən reklamı Vumart Güvən