Vens Pit Heqsetə qarşı impiçment cəhdini tənqid etdi

 22:15 10.11.2026     85

Konqresdə bir çox digər məsələlər kimi, impiçment də real qanunvericilik fəaliyyətini əvəz edən mənasız siyasi şouya çevrilib.

Redaktor.az xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens bildirib.

Onun sözlərinə görə, Konqresin həyata keçirilən siyasətlə razılaşmadığını ifadə etmək üçün çoxsaylı vasitələri var. Lakin qanunvericilər bu vasitələrdən istifadə etmək əvəzinə, Pit Heqsetə qarşı impiçment proseduruna başlamağa çalışırlar. Vens xatırladıb ki, eyni addım əvvəllər Donald Trampa qarşı da atılıb.

“Qanun qəbul etmək çətindir, impiçment elan etmək isə asandır. Üstəlik, nəticədə bu, heç nəyə gətirib çıxarmır.

İşin ironik tərəfi odur ki, qanunvericiləri Pitin fəaliyyətində ən çox narazı salan məsələlər məhz onun ən haqlı olduğu sahələrdir. Söhbət ABŞ Hərbi Qüvvələrinin Avropa istiqamətindən və Ukraynadan yenidən yerləşdirilməsindən, eləcə də silahlı qüvvələrin ali komandanlıq heyətinin yenidən təşkilindən gedir.

Məsələ heç də İranla bağlı deyil. Bütün bunlar Pitin Pentaqonun bürokratik sisteminə meydan oxuması ilə əlaqədardır”, – deyə ABŞ-ın Vitse-prezidenti sosial şəbəkədə yazıb.

Vumart və Güvən reklamı Vumart Güvən