Ukrayna Rusiyaya atəşkəs təkliflərini göndərdi
Ukrayna Rusiya ilə atəşkəs təkliflərini tərəfdaşlarına çatdırıb və hazırda cavab gözləyir.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa mətbuata açıqlamasında bildirib.
O qeyd edib ki, Ukrayna həm Qara dənizdə, həm də enerji sektorunda atəşkəsin əldə edilməsini təklif edib.
Nazir izah edib ki, Əbu-Dabidə keçirilən danışıqlarda Ukraynanın mesajı gərginliyin azaldılması və Ukrayna tərəfindən təklif edilən atəşkəs, eləcə də təhlükəsizlik zəmanətlərindən ibarətdir.
Xatırladaq ki, bu gün Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar uzun fasilədən sonra bərpa olunub. Əbu-Dabidə keçirilən danışıqların birinci mərhələsi artıq başa çatıb.













