G7 liderləri Putin və Zelenski arasında görüş keçirmək İSTƏYİRLƏR
G7 ölkələrinin liderləri Rusiya və Ukrayna prezidentlərinin görüşünün keçirilməsini istəyirlər.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, G7 liderləri atəşkəs əldə edildikdən sonra Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün təşkilini vacib hesab edirlər.
Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiga “Ukrinform”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, gərginliyin azaldılması və atəşkəsə nail olunmasından sonra prezidentlər səviyyəsində görüşün keçirilməsi əsas prioritetlərdən biridir.
Nazir qeyd edib ki, atəşkəs daha genişmiqyaslı sülh danışıqlarına yol açmalıdır. Bu danışıqlar müxtəlif səviyyələrdə və daha çox tərəfin iştirakı ilə aparıla bilər.
NURİYYƏ













