Ukrayna iki məşhur rusiyalı müğənnini qara siyahıya SALDI

 09:42 11.11.2026     85

Rusiyanın tanınmış müğənniləri Sergey Lazarev və Dima Bilan (əsl adı Viktor Belan) Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) məlumat bazasına daxil ediliblər.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatının “War&Sanctions” portalında yerləşdirilən məlumatlara istinadən TASS agentliyi məlumat yayıb.

Məlumata görə, hər iki sənətçi Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını və Moskvanın siyasətini dəstəkləməkdə ittiham olunur.

Portalda Sergey Lazarevin Rusiyanın nəzarətində olan Ukrayna ərazilərində uşaq evlərini ziyarət etdiyi bildirilir.

Dima Bilanın isə Ukraynadakı müharibədə iştirak edən Rusiya hərbçilərinin ailələri üçün konsertlər verdiyi, həmçinin rusiyalı hərbçilərə dəstək məqsədilə həmin ərazilərə mütəmadi səfərlər etdiyi qeyd olunur.

Bildirilir ki, 2022-ci ilin əvvəlindən etibarən “War&Sanctions” portalının siyahısına Ukrayna kəşfiyyatının Rusiya təbliğatı ilə əlaqələndirdiyi 450-dən çox ictimai xadim, idmançı və incəsənət nümayəndəsi daxil edilib.

Vumart və Güvən reklamı Vumart Güvən