Rusiya nümayəndə heyəti bu gün Moskvaya qayıdacaq

 17:03 11.11.2026     28

Rusiya nümayəndə heyəti Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlardan sonra bu gün Moskvaya yola düşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçirilib. Görüşlərin birinci günü fasilə ilə birlikdə 4 saat yarım, ikinci günü isə iki saatdan az davam edib.

Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib. Heyətdə həmçinin Xarici İşlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də Baş Qərargahın nümayəndələri İqor Kostyukov və Yuri Jiqarlovski yer alıblar.

Vumart və Güvən reklamı Vumart Güvən