Ermənistan KTMT-də səs vermək hüququndan məhrum EDİLDİ

 19:50 11.11.2026     37

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə, eləcə də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Aleksandr Yunaşevə "Yunaşev.Live" üçün verdiyi müsahibədə bildirib.

"Ermənistanın səsvermə, eləcə də KTMT-də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif olunub və bu barədə qərar qəbul edilib", - deyə o bildirib.

Kremlin nümayəndəsi qərarın Ermənistanın artıq bir neçə ildir ki, öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar qəbul olunduğunu qeyd edib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl ölkəsinin artıq KTMT-də maraqlı olmadığını bəyan edib. Onun sözlərinə görə, İrəvanın "KTMT-yə marağı tükənib".

Vumart və Güvən reklamı Vumart Güvən