İran ABŞ-dən irəli sürdüyü tələblərə rəsmi cavab gözləyir - Qalibaf
İran ABŞ-yə təqdim etdiyi tələblərlə bağlı rəsmi cavab gözləyir. Tələblər arasında iqtisadi və neft embarqosunun ləğvi, dondurulmuş aktivlərin azad edilməsi və bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması yer alır.
Redaktor.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, tələblər Qətərin vasitəçiliyi ilə ABŞ-yə çatdırılıb. Tehran, həmçinin İranın daxili işlərinə müdaxilədən imtina edilməsini tələb edir.
Qalibaf ABŞ-nin Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək İranla birbaşa danışıqların təşkilinə dəstək istədiyini açıqlayıb.
İran parlamentinin sədri xəbərdarlıq edib ki, ABŞ və ya İsrailin yeni hücumu baş verərsə, Tehran buna güc tətbiq etməklə cavab verəcək.
Xədicə BAXIŞLI













