KTMT liderləri antiterror strategiyasını imzalayıblar

 23:28 11.11.2026     35

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri 2030-cu ilədək nəzərdə tutulan antiterrorstrategiyasını imzalayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Növbəti antiterror strategiyasının hazırlanmasını Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin noyabrında Qırğızıstandakeçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında təklif edib.

Noyabrın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə KTMT sammiti keçirilib. Görüşdə BelarusPrezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmonvə Qırğızıstan Prezidenti Sadır Japarov iştirak ediblər.

Qeyd edək ki, KTMT regional beynəlxalq təhlükəsizlik təşkilatıdır. Təşkilatın əsas məqsədləri üzv dövlətlərinmüstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini kollektiv şəkildə qorumaq, regional və beynəlxalq təhlükəsizliyimöhkəmləndirməkdir.

Hazırda təşkilata Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan olmaqla altı ölkə daxildir.

Xatırladaq ki, bundan əvvəl KTMT-də NATO ilə dialoqun mümkünlüyü barədə açıqlama verilmişdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən