Çində kişi iki yataq otaqlı mənzili 1,7 dollara alıb
Çində bir nəfər endirim kampaniyası zamanı iki yataq otağı olan mənzili cəmi 1,7 dollara (təxminən 2,9 manat) əldə edib.
Redaktor.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, mənzilin sahəsi 68 kvadratmetrdir və Heyluntszyan əyalətindəki yaşayış binasının yeddinci mərtəbəsində yerləşir.
Alıcı mənzilə köçməyi planlaşdırmadığını, ondan qış aylarında səfərləri zamanı yaşayış yeri kimi istifadə edəcəyini bildirib. Bununla belə, mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün təxminən 300 dollar vergi ödəməli olacaq.
Qeyd olunur ki, bu cür mənzillərin bazar dəyəri təxminən 40 min yuan (498 min rubl) təşkil edir. Bununla yanaşı, hüquqşünas həddindən artıq ucuz mənzillərin gizli problemlərinin ola biləcəyi barədə xəbərdarlıq edib. Belə əmlakların mülkiyyət hüququ ilə bağlı qeyri-müəyyənlik və ya ödənilməmiş vergilər kimi problemləri ola bilər.
Xatırladaq ki, daha əvvəl Rusiyada loft üslubunda interyeri olan ən ucuz mənzilin qiyməti 1,85 milyon rubl olaraq açıqlanıb. Mənzil Saratov vilayətinin Balaşov şəhərində yerləşir.
Xədicə BAXIŞLI













