Rusiyanın ABŞ-dəki səfirinin ölüm səbəbi AÇIQLANDI
Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev noyabrın 11-də Moskvada xroniki xəstəlik səbəbindən vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında məlumat verib.
Zaxarovanın sözlərinə görə, Aleksandr Darçiyevin vəfatı ilə əlaqədar dünyanın müxtəlif yerlərindən çoxsaylı başsağlığı məktubları daxil olur.
“Bu müraciətlər itkinin acısını, birgə iş və dostluqla bağlı xoş xatirələri əks etdirir”, – deyə o yazıb.
Zaxarova vida mərasiminin tarixi və yeri barədə əlavə məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, Darçiyevin vəfatı barədə bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Diplomat noyabrın 11-də 66 yaşında dünyasını dəyişib. Nazirlik onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Xədicə BAXIŞLI













