NASA və “Roskosmos” birgə kosmik uçuşları davam etdirəcək

 23:58 11.11.2026     78

NASA və Rusiyanın dövlət kosmik korporasiyası “Roskosmos” Beynəlxalq Kosmik Stansiyaya (BKS) astronavtların qarşılıqlı uçuşları proqramını davam etdirmək barədə razılığa gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin kosmik agentliyinin nümayəndəsi Coşua Finç açıqlama verib.

Onun sözlərinə görə, razılaşma Amerika ekipajlı kosmik gəmiləri və Rusiyanın “Soyuz” kosmik gəmiləri ilə birgə uçuşların davam etdirilməsini nəzərdə tutur.

Finç qeyd edib ki, bu əməkdaşlıq BKS-də ekipajın daimi mövcudluğunun təmin edilməsi, stansiyanın texniki xidmət işlərinin aparılması və açıq kosmosa çıxışlar üçün zəruri peşəkar hazırlığa malik heyətlərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

ABŞ kosmik agentliyinin nümayəndəsinin sözlərinə görə, hazırda Beynəlxalq Kosmik Stansiyanın 2030-cu ildən sonra da fəaliyyət göstərməsinə mane ola biləcək texniki əngəllər yoxdur.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən