İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər

 09:09 12.11.2026     62

Maldiv adalarının Prezidenti Məhəmməd Muizzu İsrail pasportu daşıyan şəxslərin heç bir şərtlə ölkəyə buraxılmayacağını və hökumətin bu məsələdə qətiyyətli olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, Maldiv Prezident Administrasiyasının yaydığı məlumata görə, Muizzu hökumətin parlamentə təqdim etdiyi yeni qanun layihələri ilə bağlı çıxış edərkən bu məqama toxunub.

O xatırladıb ki, 2025-ci ilin aprelində qəbul edilmiş əvvəlki qərar İsrailin Qəzzadakı hərbi əməliyyatları dayandırana qədər qüvvədə olmalı idi. Lakin yeni qanun layihəsi regiondakı şərtlər dəyişsə belə, İsrail pasportu sahiblərinin ölkəyə girişinə qeyd-şərtsiz və daimi qadağa qoyulmasını nəzərdə tutur.

Dövlət başçısı bu ölkənin pasportuna malik şəxslərin Maldiv adalarına daxil olmasının qəbuledilməz olduğunu vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən