Paşinyan İrlandiyada səfərdədir
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 12-13-də İrlandiya Respublikasında işgüzar səfərdə olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melanya Arutyunyan məlumat yayıb.
Səfər çərçivəsində Nikol Paşinyan Dublində keçiriləcək Avropa Siyasi Birliyinin 9-cu sammitində iştirak edəcək.
Bundan əlavə, səfər zamanı Ermənistan hökumət başçısının xarici ölkələrin həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.













