Sankt-Peterburqda avtomobil partladıldı, polkovnik öldü - VİDEO
Sankt-Peterburqda baş verən partlayışda bir hərbçi ölüb.
Redaktor.az xəbər verir ki, partlayış Kolpinskoye şossesində, "Lenta" mağazasının yaxınlığında baş verib.
İlkin məlumatlara görə, partlayıcı qurğu avtomobilin altına yerləşdirilib.
Ölən hərbçinin avtomobilin sükanı arxasında olduğu bildirilib. Onun polkovnik olduğu açıqlanıb.
Şahidlərin sözlərinə görə, partlayış dalğası nəticəsində ərazidəki binaların şüşələri sınaraq yolun kənarına səpələnib.













