İsrailin Ərdoğanla bağlı açıqlamasına Türkiyədən sərt REAKSİYA
“İsrail Xarici İşlər Nazirliyinin Prezidentimiz Rəcəb Tayyib Ərdoğana qarşı işlətdiyi səviyyəsiz və həddini aşan ifadələr, Qəzzada törətdiyi soyqırımına və ekoloji fəlakətə görə məsuliyyət daşımaq əvəzinə təhqir və təbliğat dilinə əl atan İsrail rəhbərliyinin düşdüyü siyasi-mənəvi dalanın növbəti göstəricisidir”.
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının kommunikasiya direktoru Burhanettin Duran deyib.
“Prezidentimiz COP31 Liderlər Sammitində Qəzzada yaşanan humanitar fəlakətlə yanaşı, əsrlik zeytun ağaclarının məhv edilməsinə, su ehtiyatlarının çirkləndirilməsinə və şəhərlərin xarabalığa çevrilməsinə diqqət çəkib.
Prezidentimizin rəhbərliyi altında Türkiyə olaraq Fələstin xalqının azadlıq, ədalət və müstəqillik mübarizəsini dəstəkləməyə, məruz qaldığı zülmə qarşı səsimizi ucaltmağa və iki dövlət prinsipi əsasında davamlı sülhün təmin olunması istiqamətində çalışmağa qətiyyətlə davam edəcəyik”, - Türkiyə rəsmisi vurğulayıb.













