Aİ Ukrayna ilə bağlı danışıqlarda vahid mövqedən çıxış etməlidir - İrlandiyanın Baş naziri

 15:32 12.11.2026     39

Avropa İttifaqının Ukrayna ilə bağlı sülh danışıqlarında vahid və ardıcıl mövqeyi təmsil edən səsi olmalıdır.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İrlandiyanın Baş naziri Mixol Martin bildirib.

Onun sözlərinə görə, Avropanın danışıqlarda təmsil olunması məsələsi noyabrın 12-13-də Dublində keçiriləcək Avropa Siyasi Birliyinin sammitində müzakirə olunacaq.

Baş nazir qeyd edib ki, hazırda Aİ-ni təmsil etmək üçün bir neçə mümkün namizəd var. Bununla belə, o, konkret ad açıqlamayıb və əsas məsələnin Avropa İttifaqına üzv 27 ölkənin hamısının razılaşdığı vahid mövqenin formalaşdırılması olduğunu vurğulayıb.

Martin hesab edir ki, Avropa İttifaqının danışıqlardakı mövqeyini mütləq bir nəfər təmsil etməli deyil. Onun fikrincə, əsas məsələ Aİ rəhbərliyinin aydın və ardıcıl mövqedən çıxış etməsidir.

Baş nazir bildirib ki, Ukraynanın gələcəyi Avropaya iqtisadi, təhlükəsizlik və Avropa İttifaqına üzvlük baxımından təsir edəcəyindən, Avropa danışıqlar masasında öz sözünü demək istəyəcək.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən