Şimali Avropanın beş ölkəsi vahid müdafiə sazişi HAZIRLAYIR
Şimali Avropanın beş ölkəsi – Norveç, İsveç, Danimarka, Finlandiya və İslandiya vahid müdafiə sazişinin hazırlanmasına başlayır.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Tore Sandvik “Reuters” agentliyinə açıqlamasında bildirib.
Təşəbbüsün əsas məqsədi beş dövlətin silahlı qüvvələri arasında inteqrasiyanı maksimum dərəcədə gücləndirməkdir.
Norveçin müdafiə nazirinin sözlərinə görə, ölkələr NATO çərçivəsində artıq yüksək səviyyədə əməkdaşlıq edir, mütəmadi olaraq birgə təlimlər və hərbi təlim-məşqlər keçirirlər. İndi isə hərbi rəhbərlik əməkdaşlığı yeni mərhələyə daşımağı hədəfləyir.
Sandvik bildirib ki, bu istiqamətdə praktiki maneələrin aradan qaldırılması, qanunvericilik və normativ qaydaların uyğunlaşdırılması üçün imkanlar mövcuddur.
Xüsusilə, iştirakçı ölkələr arasında hərbçilərin və hərbi texnikanın sərhədlərdən maneəsiz keçidini təmin etmək üçün hüquqi normaların uyğunlaşdırılması nəzərdə tutulur.
NURİYYƏ













