Putin Aİ ölkələrini Ukrayna ilə bağlı mövqelərini dəqiqləşdirməyə ÇAĞIRDI
Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı ölkələrinin Ukraynada sülh, yoxsa müharibə istədikləri barədə mövqelərini dəqiqləşdirməli olduqlarını bildirib.
Redaktor.az RİA Novosti-yə istinadən xəbər verir ki, Putin Rusiyanın Avropa İttifaqı ölkələrinin bu məsələdə hansı mövqedə olduqlarını müəyyən etməsini istədiyini deyib.
Rusiya liderinin sözlərinə görə, Aİ ölkələri Ukrayna məsələsində sülhə, yoxsa müharibəyə tərəfdar olduqlarını aydın şəkildə ortaya qoymalıdırlar.
NURİYYƏ













