Putin Ukraynadakı ərazi məsələsinin həllində Rusiyanın prioritetini AÇIQLADI

 17:08 12.11.2026     32

Rusiya Prezidenti Vladimir Putin Ukrayna münaqişəsində ərazi məsələsinin həllində Moskva üçün əsas prioritetin həmin ərazilərdə yaşayan insanlar olduğunu bildirib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, Putin bu fikirləri amerikalı nümayəndələr Stiv Uitkoff və Cared Kuşnerlə Kremldə keçirdiyi görüşdə səsləndirib.

“Ukrayna münaqişəsində ərazilər məsələsinə gəldikdə, Rusiya üçün orada yaşayan insanlar daha vacibdir”, – deyə Rusiya lideri vurğulayıb.

Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların növbəti mərhələsi keçirilib. Avropa İttifaqı nümayəndələri də danışıqların keçirildiyi məkana gəlsələr də, görüşdə iştirak etməyiblər.

Noyabrın 12-də ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvaya səfər ediblər. TASS-ın məlumatına görə, onlar Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı ABŞ-nin Ukrayna və Avropa ölkələri ilə Əbu-Dabidə ilkin razılaşdırdığı təklifləri Putinə təqdim ediblər.

Məlumata görə, görüşdə Rusiya ilə Avropa arasında gələcək münasibətlərin də müzakirə olunacağı gözlənilir. Axıson portalının mənbələrinə əsasən, Əbu-Dabidə ABŞ nümayəndələri Rusiya tərəfinə təhlükəsizlik sahəsində narahatlıqlarını, Avropaya dair tələblərini və gərginliyi azaltmaq üçün ata biləcəyi mümkün addımları əks etdirən yeni saziş layihəsi hazırlamağı təklif ediblər.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən