"Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq" - Putin

 18:38 12.11.2026     31

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin başa çatmasından sonra sülhün əbədi olmasını istədiklərini bildirib.

Redaktor.az xəbər verir ki, Rusiya lideri Trampın xüsusi nümayəndələri ilə görüşdə Ukraynada xarici qoşunların yerləşdirilməsi ehtimalına da münasibət bildirib.

“Ukraynada xarici qoşunların mövcudluğu imkanı Rusiyanın milli təhlükəsizliyinə təhdid yaradır”, – Putin deyib.

Rusiya Prezidenti qeyd edib ki, Ukraynada xarici hərbi kontingentlərin yerləşdirilməsi Moskvanın milli təhlükəsizliyinə təhdid yaradır. Putin belə qüvvələrin Ukrayna ərazisində mövcudluğunun Rusiya ordusu üçün qanuni hədəf olacağını vurğulayıb.

Rusiya lideri ABŞ-nin Avropa ölkələri ilə işləməsinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, Vaşinqton Avropa ilə dialoq aparmalı, avropalılar isə sülh, yoxsa müharibə istədiklərinə qərar verməlidirlər.

Vumart və Güvən reklamı Vumart Güvən