Çinli casusla sevgi münasibəti karyerasını bitirdi - istefa verdi

 18:54 12.11.2026     33

ABŞ-nin texnologiya nəhəngi NVIDIA şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Censen Huanq vəzifəsindən istefa verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, istefa qərarı Huanın şəxsi münasibətləri ilə bağlı qalmaqal və milli təhlükəsizlik narahatlıqları fonunda qəbul edilib.

ABŞ rəsmilərinin Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bildiyi qadınla Huanın münasibətdə olması barədə məlumatlar şirkət daxilində araşdırmaya səbəb olub. NVIDIA rəhbərliyi şirkətin kommersiya sirlərinin və milli təhlükəsizliklə bağlı məlumatların ələ keçirildiyini düşünmək üçün əsas olmadığını bildirib.

Şirkətin maliyyə direktoru Kolet Kress müvəqqəti baş icraçı direktor təyin edilib.

Qeyd edək ki, 63 yaşlı Censen Huanq 1993-cü ildə NVIDIA-nı təsis edib və həmin vaxtdan şirkətə rəhbərlik edib.

Vumart və Güvən reklamı Vumart Güvən