II Qareginin qardaşına həbs cəzası VERİLDİ

 19:05 12.11.2026     28

Ermənistanda məhkəmə bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyanı 3 il müddətinə şərti azadlıqdan məhrum edib.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hakim Gevorq Manukyan qərarı elan edərkən bildirib.

Məhkəmənin hökmünə əsasən, katolikosun qardaşı oğlu Ambartsum Nersisyan isə 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin onun cəzasının icrası övladı 6 yaşına çatanadək təxirə salınıb.

Qeyd edək ki, cinayət işi bələdiyyə deputatlığına namizəd Harutyun Mkrtçyanın şikayəti əsasında açılıb. O iddia edib ki, noyabrın 1-də Gevorq Nersisyan və oğulları onun seçkiqabağı təşviqat aparmasına mane olublar.

Vumart və Güvən reklamı Vumart Güvən