Britaniyada 18 çimərlik mazut səbəbindən BAĞLADI

 19:29 12.11.2026     32

Böyük Britaniyanın Kent qraflığında mənbəyi hələ müəyyən edilməmiş neft sızması səbəbindən 18 çimərlik bağlanıb.

Redaktor.az xəbər verir ki, bu haqda “The Sun” məlumat yayıb.

Bildirilir ki, Kentin şərq sahillərində neft məhsullarının izləri aşkar edildikdən sonra çimərliklər bağlanıb. Nəşrin məlumatına görə, bu izlər, ehtimal ki, yaxınlıqdakı neft sızması nəticəsində yaranıb. Hazırda səlahiyyətli orqanlar çirklənmə mənbəyini müəyyən etmək üçün araşdırma aparırlar. Çimərliklərə gedən yollar bağlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən